Estoniyanın qapıçısı: “Keçən il Azərbaycan ilə matçda çox ağrılı məğlubiyyət almışdıq”

Xəbərlər
12 Oktyabr 2024 12:00
346
Estoniyanın qapıçısı: “Keçən il Azərbaycan ilə matçda çox ağrılı məğlubiyyət almışdıq”

“Evdə 3 xal qazandığımız üçün sevinməliyik”.

İdman.biz xəbər verir ki, bunu Estoniyanın qapıçısı Karl Heyn deyib.

22 yaşlı qapıçı 3:1 hesablı qələbəni şərh edib. O bildirib ki, revanş aldıqları üçün çox xoşbəxtdir: “Keçən il Azərbaycan ilə matçda çox ağrılı məğlubiyyət almışdıq. Səhvləri düzəltmək üçün böyük motivasiya və iradə nümaiş etdirdik. İndi bu uğurlu çıxışı davam etdirməyə çalışacağıq. “Le Kok” Arenada növbəti oyunumuzda da xal qazanmaq istəyirik”.

Qeyd edək ki, Estoniya ayın 14-də İsveçi qonaq edəcək. Millimiz isə eyni gündə Slovakiyanı sınağa çəkəcək.

İdman.biz

Məqalədə: