Azərbaycan yığmasının futbolçusu Toral Bayramov Millətlər Liqasında ilk qoluna imza atıb.
İdman.biz xəbər verir ki, müdafiəçi Estoniya ilə Tallindəki matçda fərqlənib.
O, bu turnirdə qol sevinci yaşayan 12-ci futbolçumuz olub. Bayramova qədər yığmanın 11 üzvü Millətlər Liqasında fərqlənib.
Toral turnirdəki 5-ci oyununda qol hesabını açıb. Millətlər Liqasında Ramil Şeydayev, Riçard Almeyda, Renat Dadaşov, Mahir Emreli və Dmitri Nazarov digərlərindən daha çox – hərəyə 2 top vurublar.
Qeyd edək ki, millimiz Estoniyada 1:3 hesabı ilə uduzub.
İdman.biz