Cənnətov antirekordu təkrarlayıb

Xəbərlər
12 Oktyabr 2024 14:15
1 162
Cənnətov antirekordu təkrarlayıb

Mehdi Cənnətov Azərbaycan millisinin antirekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, o, yığmadakı ilk 4 oyunda ən çox qol buraxan qapıçı adına şərik çıxıb.

Mehdi bu matçlarda 9 top buraxıb. O, Moldova ilə 2021-ci ildə keçirilən səfərdəki yoldaşlıq oyununda (0:1) debüt edib.

Üç ildən sonra əsas heyətə dönən qolkiper Millətlər Liqasının üç oyununda 8 top buraxıb. O, Isveç və Estoniyanın (hər ikisi 1:3) hərəsindən üç, Slovakiyadan (0:2) iki qolu qapısında görüb.

Azərbaycan millisinin 32 illik tarixində bundan uğursuz start olmayıb. Eyni hadisə ilə Dmitri Kramarenko da üzləşib. Dimitri dörd görüşdə 9 top buraxıb. Nizami Sadıqov isə cəmi üç matçda iştirak etsə də, elə eyni sayda üzülüb.

Qeyd edək ki, millinin tarixində yalnız bir qapıçı ilk 4 oyunda qapısını toxunulmaz saxlayıb. Bu, Hüseyn Məhəmmədov olub.

İdman.biz

Məqalədə: