Mövsümün ilk qolu

Xəbərlər
12 Oktyabr 2024 14:20
67
Mövsümün ilk qolu

Azərbaycan kubokunda mövsümün ilk qolu vurulub.

İdman.biz xəbər verir ki, bu, I təsnifat mərhələsinin “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşmasında baş verib.

Oyunda hesab 9-cu dəqiqədə açılıb. Qonaqların futbolçusu Nihad Məmmədov mövsümün ilk qolunun müəllifi olub.

Qeyd edək ki, Şamaxıda keçirilən matç saat 14:00-da başlayıb.

İdman.biz

Məqalədə: