“Liverpul”un müdafiəçisi karyerasını başa vurub

Xəbərlər
12 Oktyabr 2024 16:34
86
“Liverpul”un müdafiəçisi karyerasını başa vurub

İngiltərənin “Liverpul” və Almaniyanın “Şalke” klublarının sabiq müdafiəçisi Yoel Matip karyerasını başa vurub.

İdman.biz xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin ingilis klubu ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatıb, bundan sonra futbolçu digər komandalarla müqavilə imzalamayıb.

Qeyd edək ki, Matipin 33 yaşı var və 2016-cı ildən "Liverpul"da çıxış edir.

İdman.biz

Məqalədə: