Məsut Özil “Ulduz” Futbol Akademiyasının açıq məşqini izləyib - FOTO

Xəbərlər
12 Oktyabr 2024 16:34
376
Məsut Özil “Ulduz” Futbol Akademiyasının açıq məşqini izləyib - FOTO

Ölkəmizdə səfərdə olan futbol üzrə dünya çempionu, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü Məsut Özil oktyabrın 12-də “Ulduz” Futbol Akademiyasının açıq məşqini izləyib.

İdman.biz xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin futbol meydançasında baş tutan məşqdə akademiyanın oğlanlar arasında U-8, U-9, U-10, U-12, U-14, qızlar arasında isə U-15 komandaları iştirak ediblər.

Məşqdən sonra Məsut Özil gənc futbolçularla söhbət edib, onlarla şəkil çəkdirib, avtoqraf verib.

Məqalədə: