U-21-in son oyununda qadın hakimlər

Xəbərlər
12 Oktyabr 2024 16:59
260
U-21-in son oyununda qadın hakimlər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İngiltərə ilə səfər matçının təyinatları bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamızın AVRO-2025-in seçmə mərhələsindəki son oyunu Xorvatiyadan olan qadın hakimlərə tapşırılıb.

İvana Martinçiç baş hakim olacaq. Ona Sanya Rođak-Karşiç və Maya Petraviç kömək edəcəklər. Sabina Boliç dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də keçiriləcək qarşılaşma Bristolda baş tutacaq.

İdman.biz

Məqalədə: