21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İngiltərə (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşma oktyabrın 15-də, Bakı vaxtı ilə saat 22:30-da Bristol şəhərində yerləşən “Aşton Qeyt” stadionunda baş tutacaq.
15 oktyabr
İngiltərə U-21 - Azərbaycan U-21
Aşton Qeyt. Saat 22:30
Baş hakim: Ivana Martinčić
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karšić, Maja Petravić
Dördüncü hakim: Sabina Bolic
(Hakimlər briqadası Xorvatiyadandır)
Hakim-inspektor: Jens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Ignas Marcinkevičius (Litva)
İdman.biz