Elvin Cəfərquliyev: "Qələbə qazanmağa çalışacağıq"

Xəbərlər
13 Oktyabr 2024 16:23
307
Elvin Cəfərquliyev: "Qələbə qazanmağa çalışacağıq"

Sabah UEFA Milllətlər Liqası çərçivəsində Slovakiya komandası ilə qarşılaşacaq Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev qarşıdakı oyunla bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

Elvin Cəfərquliyev: "Çox ciddi hazırlaşacayıq. Qələbə qazanmağa çalışacağıq. Ötən məğlubiyyəti unutdurub, azarkeşlərimizi sevindirməyə çalışacayıq. Fərdi olaraq səhvlərimiz oldu, xüsusilə də müdafiə xəttində. Bunları təkrarlamamağa çalışacayıq. Estoniya ilə oyunda da qələbə qazana bilərdik. İmkanlarımız oldu, yararlana bilmədik. Yaxşı futbolçularımız var. Ümid edirəm, komanda şəklində də yaxşı oyun göstərə biləcəyik. 3 gündən bir oynamaq xoşuma gəlir. Çünki tempi qoruyub saxlaya bilirsən".

İdman.biz