"Azərbaycan texnikalı futbolçulardan ibarət yaxşı komandadır. Topu ələ keçirdikdən sonra sürətli əks-hücuma keçirlər".
İdman.biz xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona deyib.
İtaliyalı mütəxəssis UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib. Kaltsona Bakıda qələbə qazanmaq arzuusunda olduqlarını bildirib: "Rəqib komanda Millətlər Liqasında yaxşı başlamayıb. Amma Azərbaycan yığması evdə çox təhlükəlidir. Turnir cədvəli onların bizə qarşı yaxşı nəticə qazanmaq istəyində olduğunu göstərir. Daha yaxşı oynayıb, maksimum nəticə əldə etmək istəyirik. Bizim hər oyunda qələbə qazanmaq mentalitetmiz heç vaxt dəyişmir. Ötən turnirdə Azərbaycan bizi öz meydanımızda məğlub edib".
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 20:00-da start götürəcək.
İdman.biz