Azərbaycan kuboku: “Dinamo” “Füzuli”yə qarşı

Xəbərlər
14 Oktyabr 2024 09:21
315
Azərbaycan kuboku: “Dinamo” “Füzuli”yə qarşı

Bu gün Azərbaycan kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, mərhələnin son günündə bir matç baş tutacaq.

Yeganə qarşılaşma “Neftçi” Futbol Mərkəzində baş tutacaq. II Liqa təmsilçilərinin duelində “Dinamo” “Füzuli”ni qəbul edəcək.

Qeyd edək ki, mərhələnin digər altı oyunu oktyabrın 12-13-də keçirilib.

Azərbaycan kuboku
I təsnifat mərhələsi
14 oktyabr (bazar ertəsi)
13:30. “Dinamo” – “Füzuli”
Baş hakim:
Ruslan Quliyev
“Neftçi” Futbol Mərkəzi (IV meydança)

İdman.biz

Məqalədə: