Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının IV turunun matçına çıxıb.
İlk üç görüşün hamısında uduzan Fernandu Santuşun yetirmələri uğursuz seriyanı Slovakiya ilə dueldə də qıra bilməyib. Millimiz Bakıda 1:3 hesabı ilə uduzub. Fasilədən sonra Mahir Emrelinin qırmızı vərəqə alması komandamızı azlıqda qoyub və rəqib iki dəfə fərqlənib.
4 oyundan sonra xalsız qalan yığmamız turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
Millətlər Liqası
C liqası, I qrup
IV tur, 14 oktyabr
20:00 Azərbaycan – Slovakiya - 1:3
Qollar: Toral Bayramov, 38 - Rahil Məmmədov, 15 (öz qapısına). Haraslin, 75. David Duriş, 87
Qırmızı vərəqə: Mahir Emreli, 70
Baş hakim: Rohit Saqqi (Norveç)
Azərbaycan: 1. Mehdi Cənnətov, 21. Qismət Alıyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 5. Anton Krivotsyuk, 20. Aleksey İsayev, 18. Ceyhun Nuriyev, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Baş məşqçi: Fernandu Santuş
Slovakiya: 1. Marek Rodak, 16. David Hanko, 14. Milan Şkrinyar (k), 5. Lübomir Şatka, 2. Petar Pekarik,10. Lazslo Benes, 22. Stanislav Lobotka, 8. Ondrey Duda, 17. Lukaş Haraslin, 7. Tomaş Suslov, 15. David Streleç
Baş məşqçi: Françesco Kaltsona
Tofiq Bəhramov adına Respublika stadionu
1 |
Slovakiya |
4 |
3 |
1 |
0 |
8-3 |
10 |
2 |
İsveç |
3 |
2 |
1 |
0 |
8-3 |
7 |
3 |
Estoniya |
3 |
1 |
0 |
2 |
3-5 |
3 |
4 |
Azərbaycan |
4 |
0 |
0 |
4 |
3-11 |
0 |
İdman.biz