Millətlər Liqasının IV turunun ilk günü baş məşqçi istefası ilə əlamətdar olub.
İdman.biz xəbər verir ki, Ermənistan millisinin çalışdırıcısı Aleksandr Petrakov istefaya göndərilib.
Bu, C liqasının IV qrupunun Şimali Makedoniya ilə ev oyunundan sonra baş verib. Öz meydanında 0:2 hesablı məğlubiyyət alan Ermənistan qrup birincisi olmaq şansını itirib. 4 turdan sonra 4 xala malik komanda şimali makedoniyalılardan 6 xal geri qalır.
Qeyd edək ki, Petrakov 2023-cü ilin yanvarında bu posta təyin olunmuşdu.
İdman.biz