Ceyhun Sultanov: “Neftçi” düzgün addım atdı”

Xəbərlər
14 Oktyabr 2024 12:11
450
Ceyhun Sultanov: “Neftçi” düzgün addım atdı”

“Samir Abasov yaxşı məşqçidir. Komandanı indiki vəziyyətdən çıxara bilər”.

Bunu İdman.bizə “Neftçi”nin və Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Samir Abasovun “Neftçi”yə baş məşqçi təyin olunmasına münasibət bildirib. Sultanov bu addımın düzgün olduğunu vurğulayıb: “Neftçi”nin bərbad vəziyyətdə olduğunu deyə bilmərəm. Rəqiblərlə xal fərqi də elə böyük deyil. Hələ ilk dövrə bitib. Məncə, “Neftçi” düzgün addım atdı. Bundan da yaxşı olacaq. Bu “Neftçi”nin ən azı Avropa Liqasına düşməsi mümkündür”.

Qeyd edək ki, Samir Abasov bu postda ukraynalı mütəxəssis Roman Qriqarçuku əvəzləyib. Bakı təmsilçisi isə hələlik onun təyinatını açıqlamayıb.

Emin Ağa
İdman.biz