Mövsümdə üçüncü: 10-cu, 9-cu, 8-ci...

Xəbərlər
14 Oktyabr 2024 14:51
419
Mövsümdə üçüncü: 10-cu, 9-cu, 8-ci...

Misli Premyer Liqasında mövsümün 3-cü baş məşqçi dəyişikliyi gerçəkləşib.

İdman.biz xəbər verir ki, “Sumqayıt”la Samir Abasov yollarını ayırıblar.

8-ci pillədə olan “Gənclik şəhəri” təmsilçisi cari mövsümdəki tendensiyanı davam etdirib. Öncə 10-cu yerdəki “Kəpəz” Adil Şükürovu, ardınca 9-cu olan “Neftçi” Roman Qriqorçuku göndərmişdisə, indi də növbə 8-ci sıraya çatıb. Amma bu gediş əvvəlkilərdən fərqli alınıb. Abasov öz istəyi ilə və 9-cu yerdəki "Neftçi”yə qayıtmaq üçün postunu tərk edib.

2022-ci il sentyabrın 26-da “Sumqayıt”a qayıdan mütəxəssis klubdakı ikinci fəaliyyət dönəmində 81 matçda iş başında olub. Bu müddətdə 27 qələbə və 19 heç-heçəsi olan komanda 35 dəfə uduzub.

Qeyd edək ki, Abasov “Sumqayıt”dan əvvəl – 2020-ci ilin noyabrından 2022-ci ilin iyununa qədər də “Neftçi”yə rəhbərlik edib. “Ağ-qaralar” son çempionluğunu 2020/21 mövsümündə onun rəhbərliyi altında qazanıb.

İdman.biz

Məqalədə: