II təsnifat mərhələsinin cütləri: “Səbail” də rəqibini tanıyıb

Xəbərlər
14 Oktyabr 2024 15:27
183
II təsnifat mərhələsinin cütləri: “Səbail” də rəqibini tanıyıb

Azərbaycan kubokunda II təsnifat mərhələsinin bütün cütləri dəqiqləşib.

İdman.biz xəbər verir ki, hər dueli bir matçdan ibarət olacaq raundun son iştirakçısı bu gün keçirilən "Dinamo" – “Füzuli” matçında müəyyənləşib.

Bu qarşılaşmada “Səbail”in rəqibi bəlli olub. II təsnifat mərhələsinin 22-ci iştirakçısı adını “Dinamo” qazanıb.

Yarışa ikinci raunddan başlayacaq Premyer Liqanın 5, I Liqanın 10 klubuna II Liqanın 7 komandası qoşulub. Bu mərhələnin 11 görüşü oktyabrın 29-30-da baş tutacaq.

Azərbaycan kuboku
II təsnifat mərhələsi

“Şahdağ Qusar” – “Araz-Naxçıvan”
“Mingəçevir” – “Zaqatala”
“Şamaxı” – “Şəmkir”
“Qaradağ Lökbatan” – “Karvan”
“Dinamo” – “Səbail”
“Qəbələ” – “Baku Sportinq”
“Ağdaş” – “Kəpəz”
“İmişli” – “Cəbrayıl”
“Şəfa” – “Difai Ağsu”
“Turan Tovuz” – “Hypers Guba”
MOİK – “Şimal”

İdman.biz