Samir Abasovun “Neftçi” ilə müqaviləsinin müddəti açıqlanıb - FOTO

Xəbərlər
14 Oktyabr 2024 15:51
434
Samir Abasovun “Neftçi” ilə müqaviləsinin müddəti açıqlanıb - FOTO

“Neftçi”nin yeni baş məşqçisi Samir Abasovla müqaviləsinin müddəti bəlli olub.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Mütəxəssislə 2 illik müqavilə imzalanıb. Buna qədər “Sumqayıt”ı çalışdıran Samir Abasov bu gün postunu tərk edərək Bakı təmsilçisinə keçib.

Qeyd edək ki, “ağ-qaralar”la həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/21 mövsümündəki sonuncu çempionluğu da qazandıran mütəxəssisdir.

İdman.biz