“Sumqayıt”ı kim çalışdıracaq? - VİDEO

Xəbərlər
14 Oktyabr 2024 15:54
406
“Sumqayıt”ı kim çalışdıracaq? - VİDEO

“Sumqayıt”ın baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək mütəxəssis bəlli olub.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Gənclik şəhəri” təmsilçisi Vaqif Cavadova həvalə olunub. O, yeni baş məşqçinin təyinatına qədər komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Cavadov klubun əvəzedicilərdən ibarət komandasının çalışdırıcısıdır.

İdman.biz