Nigeriya Liviya ilə oyuna çıxmaqdan imtina edib – SƏBƏB

Xəbərlər
14 Oktyabr 2024 16:52
486
Nigeriya Liviya ilə oyuna çıxmaqdan imtina edib – SƏBƏB

Nigeriyanın oktyabrın 15-də Afrika Millətlər Kubokunda səfərdə Liviya ilə oyunu baş tutmayacaq.

İdman.biz xəbər verir ki, buna qonaqların oyuna çıxmaqdan imtinası səbəb olub.

Nigeriyalılar 12 saat hava limanında ac-susuz saxlanılıb. Qonaqların çarter reysi son anda Liviya hökumətinin göstərişi ilə Benqazidən təxminən avtomobillə dörd saatlıq məsafədə yerləşən və adətən hərbi məqsədlər üçün istifadə edilən kiçik “Əl Abraq” hava limanına yönləndirilib.

Aeroportdan isə nigeriyalı oyunçularının çölə çıxmasına imkan verilməyib. Onlar terminal oturacaqlarında yatmağa məcbur olublar.

Qeyd edək ki, Nigeriya Afrika Millətlər Kubokunda D qrupunda yer alıb. Onlar 7 xalla liderdirlər. 1 xalı olan Liviya isə Benin və Ruandadan sonra sonuncudur.

İdman.biz

Məqalədə: