Fernandu Santuş: "Biabırçı məğlubiyyət olduğunu deməzdim" - VİDEO

Xəbərlər
14 Oktyabr 2024 22:24
556
Fernandu Santuş: "Biabırçı məğlubiyyət olduğunu deməzdim" - VİDEO

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Slovakiyaya 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürəm ki, ilk 68 dəqiqə yaxşı oyun göstərdik. Rəqibin bəxti də gətirdi. Qırmızı vərəqə almağımız oyunda qırılma nöqtəsi oldu. Ümumilikdə 4-5 qol imkanımız oldu. Biabırçı məğlubiyyət olduğunu deməzdim.

- Fərdi olaraq futbolçularda səhv axtarmaq istəməzdim. İlk sarı və nəticədə qırmızı vərəqə qərarında hakim qərəzli idi.

- Zaman lazımdır, bir ildən sonra danışacayıq. Bu, qısa zamanda reallaşacaq layihə deyil. 2028-ci ilə kimi davam edəcək. Artıq bir müddətdən sonra istənilən komandaya qarşı yaxşı oynayacayıq. Zamana ehtiyacımız var.

- İnanmıram ki, Millətlər Liqasında D liqasına düşək. Gələcəkdə daha yaxşı oyun göstərəcəyik. Sona qədər mübarizə aparacağıq.

- Təbii ki, hazırkı vəziyyətdə "məyusluq", "biabırçı məğlubiyyətlər" kəlmələrini yaxşı anlayıram. Amma komanda yaxşı mübarizə apardı. Qırmızı vərəqə olmasa idi, nəticə fərqli ola bilərdi. 67-68 dəqiqə komadada effektiv oyun gördüm. Zənnimcə, düzgün yoldayıq.

- Hücum xəttində də rotasiya ilə bağlı düşünməliyik. Təbii ki, nəticələrdən heç kim məmnun deyil. Slovakiya ilə bu oyunda birinci hissəni 2:0 hesabı ilə irəlidə ola bilərdik. Bitiricilik məsələsində problemlərimiz var.

İdman.biz