Zimbabve millimizi keçib

Xəbərlər
15 Oktyabr 2024 09:03
466
Zimbabve millimizi keçib

Slovakiya ilə oyunun Azərbaycan millisinin FİFA reytinqinə təsiri bəlli olub.

İdman.biz xəbər verir ki, Millətlər Liqasının IV turundakı 1:3 hesablı məğlubiyyət yığmamızın xal itkisi ilə nəticələnib.

Fernandu Santuşun yetirmələri ev matçında uduzmaqla 3,39 xal itirib. Yığmamız bundan üç gün əvvəl Estoniyaya da eyni hesabla məğlub olduqda 7,97 xal itkisi ilə üzləşib.

Komandamız iki matçda ümumilikdə 11,36 xal itirib. Slovakiya ilə görüşdən sonra millimizin reytinq xalları 1161,79-a düşüb.

Onlayn cədvəldə yığmamız 116-cı yerə enib. Komandamız Zimbabveni özündən önə buraxıb. Son siyahıda 113-cü olan yığma Tallində 2, Bakıda 1 addım geriləyib.

Qeyd edək ki, FİFA reytinq siyahısını oktyabrın 24-də açıqlayacaq.

İdman.biz

Məqalədə: