21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Samir Əliyevin yetirmələri AVRO-2025-in seçmə mərhələsində son matçına çıxıb.
Öz qrupunda sonuncu yeri tutduğu rəsmiləşən U-21 səfərdə İngiltərə ilə qarşılaşıb. Oyun millimiz üçün formal finiş xarakteri daşıyıb və Bristol şəhərində yerləşən “Aşton Qeyt” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamız keçirdiyi 10 matçda cəmi 3 xal toplayıb. Yeganə qələbə Lüksemburqla (3:2) görüşdə qeydə alınıb.
21 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ, F qrupu
15 oktyabr
22:30. İngiltərə – Azərbaycan - 7:0
Qollar: Çarli Kressvell, 2. Kallum Doyl, 27. Ceyms Makate, 55. Cəlal Hüseynov, 70 (öz qapısına). Elliot Anderson, 72. Deyn Skarlett, 86. Omari Hatçinson, 90
Baş hakim: İvana Martinçiç (Xorvatiya)
Bristol. “Aşton Qeyt” stadionu
1 |
İngiltərə |
10 |
8 |
1 |
1 |
41-6 |
25 |
2 |
Ukrayna |
10 |
8 |
0 |
2 |
20-7 |
24 |
3 |
Serbiya |
10 |
5 |
1 |
4 |
13-18 |
16 |
4 |
Ş.İrlandiya |
10 |
3 |
2 |
5 |
10-10 |
11 |
5 |
Lüksemburq |
10 |
2 |
2 |
6 |
6-23 |
8 |
6 |
Azərbaycan |
10 |
1 |
0 |
9 |
4-30 |
3 |
İdman.biz