Slovakiyalı futbolçu: "Azərbaycanla matçda zəif oynadıq”

Xəbərlər
15 Oktyabr 2024 09:58
395
Slovakiyalı futbolçu: "Azərbaycanla matçda zəif oynadıq”

"Azərbaycanla matçda zəif oynadıq. Matçdan əvvəl istədiklərimizi meydanda edə bilmədik”.

İdman.biz xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Lukas Haraslin deyib.

Millətlər Liqasının Bakıdakı oyununda yığmamızın qapısına qol vuran futbolçu qarşılaşma haqda fikirlərini bildirib: “Azərbaycan millisi bizə təhlükələr yaradırdı. Buna görə bir az diqqətli oynamalı olduq. Amma sonda oyuna nəzarət etməyə çalışdıq. Layiqli qələbə qazandıq. Lakin bu səviyyədən daha da irəli getməyə çalışırıq”.

Qeyd edək ki, Slovakiya Bakıda 3:1 hesablı qələbə qazanıb.

İdman.biz

Məqalədə: