Mahir Emrelidən “qırmızı”ya münasibət: “Onlar məni başa düşür”

Xəbərlər
15 Oktyabr 2024 10:12
477
Mahir Emrelidən “qırmızı”ya münasibət: “Onlar məni başa düşür”

“Hörmətli azarkeşlər, öncə dəstəyinizə görə təşəkkür edirəm. Hər biriniz içimdə olan Vətən sevgisini, bayraq sevgisini yəqin ki, bilirsiniz”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Mahir Emreli sosial şəbəkə hesabında paylayıb.

O, Millətlər Liqasında Slovakiyaya 1:3 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə almasına münasibət bildirib: “Uşaq yaşlarımdan milli komandanın müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, yığmanın futbolçusuyam. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm. Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur və nəticə vərəqəylə sonlanır. Vəziyyət nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam. Bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu məni qorxutmur, əksinə sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir. Ümid edirəm ki, gələcək oyunlarımda qollarım ilə sizləri sevindirəcəyəm. Bildirmək də, istəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir”.

Qeyd edək ki, Mahir Emreli matçın 70-ci dəqiqəsində ikinci sarı vərəqəni görərək meydandan qovulub.

İdman.biz

Məqalədə: