Millimizin rəqibi: “Üzərimizə düşəni tam etmədik”

Xəbərlər
15 Oktyabr 2024 10:28
342
Millimizin rəqibi: “Üzərimizə düşəni tam etmədik”

"Çox çətin matç oldu. Sevinirəm ki, millidəki 80-ci matçımda qalib gəldik”.

İdman.biz xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Ondrej Duda deyib.

Təcrübəli yarımmüdafiəçi Azərbaycan yığması ilə Bakıdakı qarşılaşma barədə fikirlərini bildirib: “İnanıram ki, oyun sayım da, qələbələr də daha çox olacaq. Bizim ideal olmayan ötürmələrimizdən sonra rəqibdə müəyyən imkanlar yarandı. Düşünürəm ki, ikinci hissədə də üzərimizə düşəni tam etmədik. Pressinq edə bilmədik və buna görə də rəqib bundan yararlanaraq qol imkanları yaratmağı bacardı”.

Qeyd edək ki, Slovakiya yığmamız azlıqda qaldıqdan sonra vurulan qollarla 3:1 hesablı qələbə qazanıb.

İdman.biz

Məqalədə: