Bombardir və ya Toraldan rekordun TƏKRARI - VİDEO

Xəbərlər
15 Oktyabr 2024 12:09
502
Bombardir və ya Toraldan rekordun TƏKRARI - VİDEO

Toral Bayramov Azərbaycan millisinin rekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, 23 yaşlı futbolçu yığmamızın Millətlər Liqasındakı ən yaxşı bombardiri adına şərik çıxıb.

Bunun üçün Torala iki qol kifayət edib. O, ardıcıl oyunlarda Estoniya və Slovakiyanın qapısına yol tapıb. Hər iki görüşdə Bayramov bərabərlik topunu vursa da, matçlar eyni – 1:3 hesablı məğlubiyyətlə bitib.

Cinah oyunçusu Millətlər Liqasında çıxdığı 6 qarşılaşmada 2 dəfə fərqlənib. O, Azərbaycan millisinin turnirdəki ən yaxşı bombardirləri Ramil Şeydayev, Riçard Almeyda, Renat Dadaşov, Mahir Emreli və Dmitri Nazarova çatıb. Onların hərəsi 2 qola sevinib.

Qeyd edək ki, millimizin ümumilikdə 12 futbolçusu bu turnirdə fərqlənməyi
bacarıb.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: