“Barselona” ilə “Real” arasında uçurum: Ən çox oxunan klub saytları – SİYAHI

Xəbərlər
20 Oktyabr 2024 10:34
333
“Barselona” ilə “Real” arasında uçurum: Ən çox oxunan klub saytları – SİYAHI

Dünyanın ən çox oxunan klub saytlarının siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, analitiklər 2023/24 mövsümünün yekunlarını açıqlayıblar.

“Real” siyahıda 1-ci yeri tutub. İspaniya nəhənginin rəsmi saytının mövsüm ərzində 68 milyon unikal izləyicisi olub. Bu, yeni rekord kimi əlamətdar olub. Bir mövsüm əvvəlki göstərici 2 faiz artıb.

“Kral klubu” mövsüm ərzindəki orta aylıq baxış sayında da hamını qabaqlayıb. Bu rəqəm 8,9 milyona bərabər olub. “Liverpul” ikinci, “Mançester Yunayted” üçüncüdür. “Real”ın əzəli rəqibi “Barselona” madridlilərdən təxminən 2,8 dəfə geri qalıb.

1. “Real” – 8,9 milyon baxış
2. “Liverpul” – 8,2
3. “Mançester Yunayted” – 6,9
4. “Arsenal” – 6,4
5. “Bavariya” – 5,4
6. “Çelsi” – 4,7
7. “Mançester Siti” – 3,5
8. “Barselona” – 3,2
9. PSJ – 2,0
10. “Milan” – 1,7

Qeyd edək ki, “Real” ardıcıl 8-ci mövsüm 1-ci yeri tutub.

İdman.biz