“Sabah”dan “Bazel” oyunu ilə bağlı azarkeşlərə çağırış

Xəbərlər
15 Oktyabr 2024 15:15
382
“Sabah”dan “Bazel” oyunu ilə bağlı azarkeşlərə çağırış

Oktyabırın 23-də İsveçrənın Bazel şəhərində "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində İsveçrənın “Bazel” klubu ilə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, klub bununla bağlı Avropada yaşayan həmvətənlərimizə çağırış edib.

Bildirilib ki, çətin səfər matçında azarkeşlərin tribunadan dəstəyi “Sabah” üçün çox vacibdir: “Gəlin, bu əhəmiyyətli qarşılaşmada komandamıza dəstək olaq. Matçda iştirak etmək istəyənlər “Sabah”ın feysbuk səhifəsindəki paylaşımın şərh bölməsində linkdə qeydiyyatdan keçə bilərlər.
Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq. Oyunda iştirak edəcək şəxslər biletlə təmin ediləcək”.

Qeyd edək ki, qarşılaşma oktyabırın 23-də, yerli vaxtla saat 19:00-də İsveçrənin Bazel şəhərində yerləşən “St. Jakop-Park” stadionunda baş tutacaq.

İdman.biz

Məqalədə: