“Mançester Yunayted”dən Aleks Ferqyuson qərarı

Xəbərlər
15 Oktyabr 2024 17:06
174
“Mançester Yunayted”dən Aleks Ferqyuson qərarı

“Mançester Yunayted” sabiq baş məşqçisi Aleks Ferqyusonla bağlı qərar verib.

İdman.biz xəbər verir ki, 82 yaşlı futbol veteranı klubun səfiri vəzifəsindən azad ediləcək.

Ferqyuson cari mövsüm başa çatdıqdan sonra səfir funksiyasını yerinə yetirməyəcək. Bu addım xərclərin azaldılması məqsədilə atılıb. Hər il şotlandiyalıya 2,16 milyon funt sterlinq ödəyən Mançester təmsilçisi bu vəsaitə qənaət etməyi lazım bilib.

Klubun səhmdarı Cim Ratkliff bununla bağlı Ferqusonla müzakirə aparıb. Tərəflər qarşılıqlı razılıq əldə ediblər.

Qeyd edək ki, mütəxəssis 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.

İdman.biz