Təxirə salınmış oyunun vaxtı məlum olub

Xəbərlər
15 Oktyabr 2024 20:21
419
Təxirə salınmış oyunun vaxtı məlum olub

Misli Premyer Liqasında III turdan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı məlum olub.

İdman.biz xəbər verir ki, qarşılaşma noyabrın 6-na təyin olunub.

Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” 17 xalla 3-cü, "Zirə" isə 15 xalla 4-cü pillədə yer alıb.

Misli Premyer Liqası
III turdan təxirə salınmış
6 noyabr (çərşənbə)
"Zirə” – “Araz-Naxçıvan”

Zirə İdman Kompleksinin stadionu, 19:00

İdman.biz