Millimizin “xoşbəxt” rəqəmi: Antirekord təkrarlanıb

Xəbərlər
16 Oktyabr 2024 10:57
293
Millimizin “xoşbəxt” rəqəmi: Antirekord təkrarlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixinin antirekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatlarının seçmə mərhələlərində ən böyükhesablı məğlubiyyətini 3-cü dəfə yaşayıb.

Samir Əliyevin baş məşqçisi olduğu komanda AVRO-2025-in seçmə mərhələsini İngiltərədəki darmadağınla yekunlaşdırıb. Yığmamız futbolun yaradıcılarından 7 cavabsız qol buraxıb.

Tarixinin ən ağır məğlubiyyətini alan millimiz bunadək 2 dəfə də 0:7 hesabı ilə uduzub. 9 il əvvəl Avstriya, onlardan iki il sonra Almaniya qol sayında “xoşbəxt rəqəm”ə çatıb.

Yığmamız tarixində 6-cı dəfə altı və ya daha çox top fərqi ilə məğlub olub. Üç dəfə 7 top fərqinə üzülən yığma 6 qolla da eyni sayda uduzub. İngiltərə həm 6, həm 7 topla qalib gələn ikinci rəqibimiz olub. Bunadək yalnız Avstriya belə amansız oynayıb.

U-21-in 6 və ya daha çox top fərqilə uduzduğu seçmə oyunlar
10.10.2003. İtaliya – Azərbaycan – 6:0
01.09.2011. İngiltərə - Azərbaycan – 6:0
09.10.2015. Avstriya – Azərbaycan – 7:0
09.11.2017. Azərbaycan – Almaniya – 0:7
07.09.2021. Avstriya – Azərbaycan – 6:0
15.10.2024. İngiltərə - Azərbaycan – 7:0

İdman.biz

Məqalədə: