20 il əvvəl bu gün: Messinin La Liqada tarixi debütü - VİDEO

Xəbərlər
16 Oktyabr 2024 11:00
401
20 il əvvəl bu gün: Messinin La Liqada tarixi debütü - VİDEO

20 il öncə bu gün, 17 yaşlı Lionel Messi "Barselona"nın heyətində La Liqada debüt edib.

İdman.biz xəbər verir ki, 2004-cü il oktyabrın 16-da argentinalı vunderkind İspaniya La Liqasında Kataloniya təmsilçisinin formasında ilk rəsmi oyununa çıxıb.

"Espanyol"la qarşılaşmada əvəzetmədən oyuna daxil olan Messi qeyri-adi istedadını nümayiş etdirib.

İllər keçdikcə, qolların, asistlərin və kubokların misilsiz rekordu ilə dünya onun perspektivli yeniyetmədən qlobal futbol simvoluna çevrilməsini seyr edib.

Messinin dünya futbolunda qazandığı titullar:

- 7 dəfə Qızıl top
- 4 dəfə Çempionlar Liqası
- 10 dəfə La Liqa çempionluğu
- Klubu və ölkəsi üçün 700-dən çox qol

Aysel Məmmədzadə
İdman.biz

Məqalədə: