İspaniya futbolunda ilk: Moratadan qeyri-adi REKORD

Xəbərlər
16 Oktyabr 2024 11:26
615
İspaniya futbolunda ilk: Moratadan qeyri-adi REKORD

Alvaro Morata İspaniya futbolu tarixinə düşüb.

İdman.biz xəbər verir ki, hücumçu 5 fərqli klubun oyunçusu kimi milli komandanın heyətində qol vurub.

O, Millətlər Liqasının Serbiya ilə görüşündə (3:0) fərqlənib. 31 yaşlı futbolçu bu qolu “Milan”ın üzvü kimi rəqib qapısından keçirib.

Bunadək Morata “Yuventus” (15), “Real” (3), “Çelsi” (4) və “Atletiko”dan (14) yığmaya gəldiyi vaxt da qola sevinib. Alvaro İspaniya millisində 5 fərqli klubda qol vuran ilk futbolçudur.

Qeyd edək ki, bu matçda penaltini də qaçıran hücumçu klub və yığmadakı son 7 imkandan 4-nü boşa verib.

İdman.biz

Məqalədə: