Yenə SONUNCU

Xəbərlər
16 Oktyabr 2024 12:41
364
Yenə SONUNCU

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsini başa vurub.

İdman.biz xəbər verir ki, yığmamız tarixinin 15-ci tsiklini də uğursuzluqla yekunlaşdırıb.

15 seçmə mərhələnin 14-də qrupda oynayan komanda yenə sonuncu yeri tutub. Bu, millinin tarixində 8-ci “zirzəmi”dir. Bundan əvvəlki iki tsikldə son pillədən qurtulan yığma yenidən özünə “doğmalaşan” autsayderliyə qayıdıb. Son 7 qrup mərhələsində ikinci dəfə millimiz bütün rəqiblərinə aşağıdan yuxarı baxmalı olub.

Yeni başa çatan tsikl qol sayında da antirekordlarla yadda qalıb. Cəmi 4 qol vuran komanda son 9 seçmə mərhələdəki ən “dişsiz” dövrünü yaşayıb.

30 topun buraxılması isə tarixdə ikinci ən bərbad nəticədir. Antirekord debütdəki AVRO-1996-da yaşanıb. Sonrakı 29 ilin ən zəif nəticəsi isə bu tsikldə qeydə alınıb.

Mərhələni cəmi 3 xalla tamamlayan yığma tarixinin ikinci ən pis nəticəsinə imza atıb. Yalnız bir dəfə qrupda daha zəif göstərici qeydə alınıb. Bu da xalsız bitirdiyimiz AVRO-2006-ya təsadüf edib. Tsikldə 3 xal əldə olunması isə ilk belə hal deyil. AVRO-1996, AVRO-2006, AVRO-2009 və AVRO-2019-da da eyni uğursuzluğa şahid olmuşuq.

Turnir

O

Q

H

M

T/F

X

Yer

AVRO-1996

10

1

0

9

5-36

3

6-cı

AVRO-1998

-

-

-

-

-

-

-

AVRO-2000

8

1

1

6

5-20

4

5-ci

AVRO-2002

10

2

3

5

4-17

9

5-cı

AVRO-2004

8

0

0

8

0-19

0

5-ci

AVRO-2006

10

0

3

7

1-17

3

6-cı

AVRO-2007

2

0

0

2

0-3

0

-

AVRO-2009

10

0

3

7

6-21

3

6-ci

AVRO-2011

8

1

1

6

8-19

4

5-ci

AVRO-2013

8

2

1

5

6-18

7

4-cü

AVRO-2015

8

2

1

5

9-15

7

4-cü

AVRO-2017

10

2

3

5

8-19

9

4-cü

AVRO-2019

10

0

3

7

6-27

3

6-cı

AVRO-2021

10

2

0

8

6-18

6

5-ci

AVRO-2023

10

2

1

7

12-24

7

5-ci

AVRO-2025

10

1

0

9

4-30

3

6-cı

132

16

20

96

80-303

68

Qeyd: İki texniki məğlubiyyət top fərqinə daxil edilməyib.

İdman.biz

Məqalədə: