Afrika yığmaları millimizi keçir: Geriyə daha iki addım

Xəbərlər
20 Oktyabr 2024 12:51
282
Afrika yığmaları millimizi keçir: Geriyə daha iki addım

Milli komandaların iştirakı ilə keçirilən oyunlar Azərbaycan yığmasının FİFA reytinqinə təsir edəcək.

İdman.biz xəbər verir ki, onlayn cədvəldə komandamız daha iki addım geriləyib.

Buna Sudan və Qvineya-Bissau yığmaları səbəb olub. Afrika təmsilçiləri xal hesablarını artırmaqla millimizi keçib.

Buna qədər Livan, Zimbabve və Komor adalarından da geri düşən komandamız artıq cədvəldə 118-cidir. Millimizin hesabında 1161,79 xal var. Bununla da ötən FİFA reytinqində 113-cü olan yığmamız ümumilikdə 5 pillə geri düşüb.

Qeyd edək ki, FİFA rəsmi cədvəlini oktyabrın 24-də açıqlayacaq.

İdman.biz