Toral Bayramov: “Çox sevinə bilmirəm” - VİDEO

Xəbərlər
16 Oktyabr 2024 16:18
319
Toral Bayramov: “Çox sevinə bilmirəm” - VİDEO

“Əlbəttə, bu mənim üçün çox xoş bir haldır”.

Bunu İdman.bizə Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

23 yaşlı yarımmüdafiəçi yığmamızın Millətlər Liqasında ən çox qol vuran futbolçusu adına şərik olub. O, Slovakiya ilə ev matçında (1:3) vurduğu qolla hesabını 2 topa çatdırıb və bombardirlərə şərik çıxıb. Bayramovun sözlərinə görə, bu, onu olduqca sevindirir: “Çox istərdim ki, vurduğum toplar qələbə qolları olsun. Amma əfsuslar olsun ki, hər iki matçdan məğlubiyyətlə ayrıldıq. Buna görə də çox sevinə bilmirəm. Amma qarşıdakı oyunlarda əlimdən gələni edəcəm ki, yığmamız qalib gəlsin. Həmin qələbələrdə də qollar vuraraq öz komandama xeyir vermək istəyirəm”.

Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq. Toral qol seriyasını həmin görüşdə də davam etdirsə, mütləq rekordçu olacaq.

Banuçiçək Hüseynli
İdman.biz