Vaqif Cavadov: “Sumqayıt” mənim üçün əzizdir”

Xəbərlər
16 Oktyabr 2024 18:42
396
Vaqif Cavadov: “Sumqayıt” mənim üçün əzizdir”

"Klub rəhbərliyi baş məşqçi postu ilə bağlı mənə təklif irəli sürdü".

Bunu İdman.bizə "Sumqayıt"ın baş məşqçi vəzifəsini müvəqqəti icra edən Vaqif Cavadov deyib.

O, əsas komandanın "sükanı arxası"na keçidi ilə bağlı fikirlərini bildirib: "Sumqayıt" klubunun rəhbərliyi mənimlə danışığa keçdi. Onlar bu vəzifəyə məni namizəd gördüklərini bildirdilər. Mən də bu təklifi çox müsbət qarşılayaraq, razılaşdım. Bu etimadı mənə yaratdıqları üçün onlara təşəkkürlərimi bildirirəm. Bütün yaratdıqları şəraitə görə də minnətdaram".

Cavadovun sözlərinə görə "Sumqayıt" ona ⁠çox doğma klubdur: "Burada oynamışam, eyni zamanda məşqçilik karyeramda ilk addımlarımı məhz bu klubda atmışam. U-15, U-19, sonra isə əvəzedicilərlə çalışmışam. Bütün bunlar mənə deməyə əsas verir ki, "Sumqayıt" mənim üçün əzizdir".

Banuçiçək Hüseynli
İdman.biz