Messi “Qızıl top”u ona verir: “O, “Qızıl top”a başqalarından daha çox layiqdir”

Xəbərlər
16 Oktyabr 2024 19:16
506
Messi “Qızıl top”u ona verir: “O, “Qızıl top”a başqalarından daha çox layiqdir”

Lionel Messi “Qızıl top”a namizədini açıqlayıb.

İdman.biz xəbər verir ki, Argentina millisinin kapitanı bu mükafata həmyerlisi Lautaro Martinesi layiq görür.

Messi bildirib ki, Lautaro 2024-cü ildə ən yaxşı olub: “O, ili əla keçirib. Lautaro Amerika kubokunun finalında qol vurub və ən yaxşı bombardir olub. O, “Qızıl top”a başqalarından daha çox layiqdir”.

Qeyd edək ki, Martines 2024-cü ildə “İnter”lə İtaliya A seriyasının, Argentina millisi ilə Amerika kubokunun çempionu olub. O, hər iki turnirin bombardiri adını da qazanıb.

İdman.biz