DÇ-2026-nın favoritləri açıqlanıb

Xəbərlər
20 Oktyabr 2024 15:16
814
DÇ-2026-nın favoritləri açıqlanıb

DC-2026-nın favoritləri bəlli olub.

İdman.biz xəbər verir ki, “Goal” portalı mundialın qalibi olmağa əsas namizədləri açıqlayıb.

Ötən cədvəllə müqayisədə siyahının lideri dəyişib. DÇ-2026-nın əsas favoriti artıq İspaniya millisidir. Avropa təmsilçisi son dünya çempionu Argentinanı zirvədən sıxışdıra bilib. 3-cü yerdə Almaniya qərarlaşıb.

16 favoritin yer aldığı siyahıda ABŞ, Meksika və Kanadanın da olması maraq doğurur. Onların favoritlər sırasına daxil edilməsi DÇ-2026-nın ev sahibləri olması ilə bağlıdır.

1. İspaniya;
2. Argentina;
3. Almaniya;
4. İngiltərə;
5. İtaliya;
6. Fransa;
7. Kolumbiya;
8. Portuqaliya;
9. Braziliya;
10. Niderland;
11. Xorvatiya;
12. Belçika;
13. Kanada;
14. Meksika;
15. Uruqvay;
16. ABŞ.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə keçirəcəyi dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək 48 komandanın iştirakı ilə baş tutacaq.

İdman.biz