“Qarabağ” - “Ayaks” oyununun biletləri satışa çıxarılır

Xəbərlər
17 Oktyabr 2024 09:16
470
“Qarabağ” - “Ayaks” oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

İdman.biz xəbər verir ki, matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri aşağıdakı satış məntəqələrindən əldə edə bilərsiniz:

- iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Qeyd edək ki, qarşılaşma oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İdman.biz

Məqalədə: