"Barselona" “Real”ın transfer hədəfinə göz qoyub

Xəbərlər
17 Oktyabr 2024 12:50
252
"Barselona" “Real”ın transfer hədəfinə göz qoyub

"Barselona" "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq 23 yaşlı sol cinah müdafiəçisi Alfonso Devis ilə müqavilə imzalamaq üçün bütün lazımi tədbirləri görmək niyyətindədir.

İdman.biz xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) ispaniyalı jurnalist Fernando Polo məlumat verib.

Mənbənin sözlərinə görə, bir neçə aydır ki, münhenli müdafiəçi ilə adı hallanan “Real” hələ də futbolçu ilə maraqlanır, lakin tərəflər arasında hələlik heç bir razılaşma yoxdur.

Daha əvvəl futbolçunun Münhen klubu ilə müqaviləni yeniləməmək barədə son qərarı verdiyi və “Real”a keçməyə müsbət baxdığı bildirilirdi. Futbolçu ilə İngiltərə Premyer Liqa klubları da maraqlanır.

Bu mövsüm kanadalı futbolçu klubun heyətində bütün turnirlərin 8 matçında iştirak edib və bir məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə, oyunçunun təxmini dəyəri 50 milyon avrodur.

İdman.biz

Məqalədə: