FİFA hakimi həyat qurtarıb – VİDEO

Xəbərlər
17 Oktyabr 2024 17:14
285
FİFA hakimi həyat qurtarıb – VİDEO

Türkiyəli sabiq FİFA hakimi Selçuk Dereli Hamire Tuğutlu adlı xanımı ölümdən qurtarıb.

İdman.biz xəbər verir ki, 55 yaşlı veteran referi zərərçəkmişi boğulmaqdan xilas edib.

Ankarada restoranların birində Hamire yemək yeyərkən nəfəs borusuna yemək qırıntısı düşüb. Nəfəs almaqda çətinlik çəkən qadını Dereli “Heymlih” manevri ilə boğulmaqdan xilas edib.

Hadisə anbaan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

İdman.biz