Lukas Moura dubl edib

Xəbərlər
18 Oktyabr 2024 12:25
124
Lukas Moura dubl edib

Vaxtilə PSJ və “Tottenhem” klublarının formasını geyinmiş Lukas Moura Braziliya çempionatında dubl edib.

İdman.biz xəbər verir ki, “San Paulu”nun 32 yaşlı vingeri “Vasko da Qama”ya 3:0 qalib gəldikləri oyunda iki dəfə fərqlənib.

O, sonuncu dəfə 2019-cu ildə “Tottenhem”in Çempionlar Liqası çərçivəsində səfərdə “Ayaks”ı 3:2 hesabı ilə məğlub etdiyi matçda birdən çox qol vuraraq het-trikə imza atmışdı.

Qeyd edək ki, Lukas Moura 6 illik fasilədən sonra bu il Braziliya millisinə də dəvət alıb.

İdman.biz