Təxirə salınan 3 oyunun vaxtı açıqlanıb

Xəbərlər
18 Oktyabr 2024 13:37
45
Təxirə salınan 3 oyunun vaxtı açıqlanıb

Minifutbol üzrə Azərbaycan çempionatında növbəti oyun gününün cədvəli bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Oktyabrın 20-də təxirə salınan oyunlardan üçü keçiriləcək. Qarşılaşmalar Bakı Tennis Akademiyasında baş tutacaq.

Qeyd edək ki, III turun təxirə salınan “AzNur” – “Zirə” oyununun tarixi hələ dəqiqləşməyib.

Azərbaycan çempionatı
20 oktyabr
II turdan təxirə salınan oyun

19:15. “Sumqayıt” – “Laçın”
III turdan təxirə salınan oyun
20:30. “Atəşgah Suraxanı” – “Birbaşa Bakı”
II turdan təxirə salınan oyun
21:45. “AzNur” – “Altay Füzuli”

İdman.biz

Məqalədə: