Azərbaycan klubu meydana 10 futbolçu ilə çıxıb: 11 oyunçu tapılmayıb

Xəbərlər
18 Oktyabr 2024 15:40
541
Azərbaycan klubu meydana 10 futbolçu ilə çıxıb: 11 oyunçu tapılmayıb

Azərbaycan futbolunda növbəti qeyri-adi hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, “Füzuli” klubu “Göygöl”lə az əvvəl başlayan oyuna 10 futbolçu ilə çıxıb.

Qonaqlar II Liqanın VII turunun Göygöl Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matça cəmi 11 futbolçu sifariş edib. Protokolda “11-liy”i dolduran “Füzuli” ehtiyatda oyunçu saxlamayıb. Amma hakim start fiti verdikdə meydana 11 deyil, 10 futbolçu çıxıb.

Qeyd edək ki, say üstünlüyündən yararlanaraq matçın əvvəlində 3 qol vuran meydan sahibləri hazırda 3:0 hesabı ilə öndədir. Maraqlıdır ki, 3-cü qol vurulanda top tordan da keçərək qapının arxasına gedib.

İdman.biz

Məqalədə: