Futbolçular haqqında hər zaman hekayələr söylənilir.
İdman.biz soccer.ru saytına istinadən onların doğru olub-olmadığını yoxlamağa çalışacaq.
Qattuzo və ilbiz
"Hayduk"un çalışdırıcısı futbol oynadığı vaxtlarda sərt xasiyyətə malik idi. O dövrdə də "Milan"da çoxlu zarafatcıl futbolçular var idi. Həmin vaxt ilbiz hekayəsi məşhur oldu. Sürünən qonaqlar "Milan"ın bazasında məskən salıblarmış. Kaladze Qattuzoya mərc olaraq canlı ilbiz yeməsini təklif edib. Cennaronun sözlərinə görə, hər oyunçu bunun üçün 500 avro pul qoyub. Futbolçu qazandığı 15 mini bonus olaraq köməkçi məşqçilərə verib. O, canlı ilbizi problemsiz udanda oyundaşları gülüşüblər: Qattuzonun vəhşiliyi onların xoşuna gəlirdi. Cennaro bunu vacib oyun ərəfəsində komandanı əyləndirmək üçün etdiyini də deyirmiş.
Hadisənin yoxlanılması: doğrudur. Qattuzo özü hadisəni danışıb, lakin illər keçdikcə qazandığı pulların miqdarı artır.
Azar və sərxoşluq
Eden "Lill"dən "Çelsi"yə keçidini elə təmtaraqlı qeyd edib ki, ertəsi gün məşqə təkcə halsız deyil, bir az sərxoş halda gəlib. Nelə ki, Fransa çempionatının son turunun oyunu ərəfəsində az qala bütün komanda gecə klubuna gedib. Məşqdə o qədər sərxoş olub ki, məşqçi futbolçuları duşa, sonra da yatmağa göndərib. Məşqçi də başa düşüb ki, hər gün "Lill"in futbolçusu 35 milyon avroya "Çelsi"yə keçmir. Bu, 2012-ci ildə Fransa klubu üçün rekord satış olub. Azar təkidlə oynamaq istədiyini bildirib, Rudi Qarsiya da belçikalı futbolçunu meydana buraxıb və o, Payet və keçmiş "Çelsi"li Co Koulun ötürmələri ilə "Nansi"yə 3 qol vurub.
Hadisənin yoxlanılması: doğrudur. Gənc Azar sərxoş olub, yaxşı yatıb və "Lill"də vida oyununda üç qol vurub.
Romario və karnaval
Futbolda ən məşhur rəvayətlərdən biri. İddiaya görə, Kruiff Romario ilə mərc edib ki, "Barselona"nın oyununda bir neçə qol vursa, fasilə zamanı dəyişdiriləcək və Braziliyada keçiriləcək karnavala çatmaq üçün hava limanına getməsinə icazə veriləcək. Kruiff bu söhbəti təsdiqlədiyindən və Romario qol vurduğu həmin klubun da adını çəkmək kimi təfərrüatlar əlavə etdiyi üçün çoxları hadisəni bir-birinə danışıb. Ya "Saraqosa", ya da "Real Madrid"lə oyunda fərqlənibmiş. Romarionun fasilədən əvvəl qollar vurması hekayəsi yüz milyonlarla futbol azarkeşinə məlumdur. Gənc Romario karnavalları çox sevirdi, Kruiff isə ekssentrik şeylər edə bilirdi. Hər şey uyğun görünür.
Hadisənin yoxlanılması: yalandır. Romarionun Braziliyada keçirilən karnavallar zamanı "Barselona"nın heyətində dubl və ya het-trikləri yoxdur.
Puşkas və üsyan
Hamıda televizorun olmadığı bir dünyada məlumatlar qəzet və radiolarda axtarılırdı. 1956-cı ildə Britaniya qəzetləri yazırdılar ki, üsyanın yatırılması zamanı DÇ-1954-ün vitse-çempionu Puşkas macar əsgərləri tərəfindən kürəyindən güllələnib. Bir çox futbolsevər Puşkaşı cəsarətli qəhrəman kimi təsəvvür edərək, üzülmüşdülər. Amma Ferens həbs olunmaqdan qorxaraq bir ay sonra Macarıstandan qaçdı, sonra uzun illər "Real"da oynadı və İspaniya millisində 4 oyun keçirdi, o vaxt futbol vətəndaşlığının dəyişdirilməsinə icazə verirdilər. Lakin Ferens 25 il vətəninə gedə bilmədi. Yalnız 1981-ci ildə o, rəsmən Budapeştə dəvət olundu və ahıl çağında orada yaşadı. Əgər Puşkas öldürülsə və Di Stefano "Barselona"ya getsə idi, "Real Madrid"in bütün tarixi başqa cür ola bilərdi.
Hadisənin yoxlanılması: yalandır. Ferens Puşkaş 2009-cu ilə kimi yaşayıb və Budapeştdəki barrikadalarda öldürülməyib.
Pele və köynəyi
60-cı illərin ortalarında Pelenin oyunu zəifləmişdi. Mövhumatçı braziliyalılar belə qənaətə gəliblərmiş ki, o vaxtkı ikiqat dünya çempionu "Santos"dakı uğurlu formasını təsadüfən bir fanata verdiyi üçün pis oynamağa başlayıbmış. Pele oyununun hansısa geyimdən asılı olduğuna o qədər inanırmış ki, şəxsi detektiv də tutubmuş. O da hücumçudan külli miqdarda pul alıb, həmin uğurlu köynəyi ona geri qaytarıb. İnanılmaz, amma həqiqətdir: Pele özünü inandırırmış ki, yenidən Kral oldu və daha uğurla oynamağa başlayıbmış. Yeri gəlmişkən, 60 ildən sonra da futbolda müxtəlif növ "sehrlərə" inanırlar. Rusiya klublarından biri hətta tam ştatlı taroloq axtarır.
Hadisənin yoxlanılması: doğrudur. Ancaq maraqlı bir məqam var. Detektiv Peleyə başqa bir köynək verərək onu aldadıb.
Dukadam və əl
"Styaua"nın penaltilər seriyasında "Barselona" üzərində qələbəsindən sonra alman əsilli rumıniyalı qapıçı Dukadam ölkənin qəhrəmanı oldu. Sonra birdən yoxa çıxdı. Rumıniyada şayiələr gəzirdi ki, qələbə ziyafətində Helmut hakimiyyətin verdiyi hədiyyəni - avtomobili bəyənməyibmiş. Rumıniya diktatoru Çauşesku da qapıçının əlinin kəsilməsini əmr etdiyi üçün o, "Styaua"da görünmür və ümumiyyətlə, gözdən itib. Bu rəvayət ölkə xaricində də geniş şayilərə yol açdı. Dedilər ki, Dukadam məhkəməsiz edam edilib. Məlum oldu ki, hər şey daha sadə idi - Helmutun qan xəstəliyi var imiş, müalicəsi üç il çəkdi. Dukadam hələ də sağdır, onun 65 yaşı var.
Hadisənin yoxlanılması: yalandır. Çauşesku Dukadama toxunmayıb, amma diktatorun özü üç ildən sonra arvadı ilə birlikdə güllələnib.
İdman.biz