Renatın komandası 3 xala sevinib

Xəbərlər
18 Oktyabr 2024 23:17
52
Renatın komandası 3 xala sevinib

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov "Ankaragücü"nün heyətində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun komandası Türkiyə 1-ci Liqasının IX turunda "Yeni Malatyaspor"un qonağı olub.

Ankara təmsilçisi səfərdə böyük hesabla qalib gəlib. "Ankaragücü" rəqibini 3:0 hesabı ilə məğlub edib. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Renat 82-ci dəqiqəqdə meydana daxil olub.

Qeyd edək ki, bu qələbədən sonra 13 xal toplayan "Ankaragücü" 8-ci pilləyə yüksəlib.

İdman.biz