“Zenit” Rusiya Premyer Liqasının rekordunu təkrarlayıb.
İdman.biz xəbər verir ki, Sankt-Peterburq təmsilçisi startdakı 12 görüşdən 9-da qol buraxmayıb.
Bu, matçların 75 faizinə bərabərdir. “Zenit” son 14 ildə bunu bacaran yeganə komandadır.
Belə nəticə sonuncu dəfə 2010-cu ildə yaşanıb. Həmin vaxt “Rubin” ilk 12 oyunun 9-da qapısını toxunulmaz saxlayıb. Onda Kazan klubunu “Turan Tovuz”un indiki baş məşqçisi Kurban Berdıyev çalışdırırdı.
Qeyd edək ki, “Zenit” XII turda “Akron” üzərində səfər qələbəsi qazanıb – 5:0.
İdman.biz