Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəkdə milli komandalardan birinə rəhbərlik etmək niyyətində olduğunu etiraf edib.
İdman.biz "Çempionat"a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında yazıb.
O, Qvardiolanın sözlərindən sitat gətirib: "Bəli, bir gün karyeramda milli komandanı çalışdırmaq istərdim".
Qeyd edək ki, Pep Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Mütəxəssis 2016-cı ilin yayından İngiltərə klubuna rəhbərlik edir. Onunla “şəhərlilər” tarixlərində ilk dəfə Çempionlar Liqasının qalibi olublar. 2022/2023 mövsümündə “Mançester Siti” trebl edib. "Şəhərlilər" ispaniyalının rəhbərliyi altında 6 dəfə də İngiltərə çempionu olub.
İdman.biz