“Barselona”nın 60 milyonluq arzusu

Xəbərlər
19 Oktyabr 2024 16:34
169
“Barselona”nın 60 milyonluq arzusu

“Barselona” heyətinə yeni vinger qatmaq arzusundadır.

İdman.biz xəbər verir ki, İspaniya klubu Aleks Baenanı transfer etmək istəyir.

“Vilyarreal”ın 23 yaşlı futbolçusu “Atletiko”nun da maraq dairəsindədir. Onun müqaviləsində sərbəstqalma məbləği kimi 60 milyon avro göstərilib. Bu rəqəm həm “Barselona”, həm “Atletiko” üçün çətinlik yaradır.

Qeyd edək ki, Baena cari mövsümün 8 oyununda 1 qol və 5 assistə imza atıb.

İdman.biz

Məqalədə: